Sərxoş halda sürücülük niyə təhlükəlidir?
Sərxoş halda avtomobil idarə etməyə qarşı kifayət qədər sərt tədbirlər görülsə də, hər il dünyada ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 30-35%-i sərxoş vəziyyətdə avtomobil idarə edilməsi səbəbindən baş verir.
Alkoqol qərar vermə, reaksiya, düşünmə və əzələ koordinasiyasını pozan bir maddədir. Bütün bu bacarıqlar avtomobili təhlükəsiz idarə etmək üçün vacibdir.
İnsanın orqanizmində alkoqol səviyyəsi artdıqca mərkəzi sinir sisteminə təsirləri də artır. Alkoqol birbaşa mədə və nazik bağırsağın divarları vasitəsilə sorulur. Sonra qaraciyərdə metabolizə olunana qədər toplandığı qan dövranına keçir və beyinə çatır. İnsan orqanizmində alkoqol miqdarı promillə ölçülür. Qanunvericiliyə görə qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda sürücü sərxoş hesab edilir.
Bununla belə, az miqdarda spirt belə sürücülük qabiliyyətinə təsir edə bilər. Sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən ilk dəfə 400 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququnun məhdudlaşdırılması, il ərzində təkrar halda isə 500 manat cərimə və 2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tətbiq edilir.
Testdə çıxmaz fikirləşdiyiniz qədər qəbul etdiyiniz spirtli içki də, sizi təhlükəli sürücü edə bilər. Statistikaya görə insanların 30%-i öz həyatları boyu sərxoşluqla əlaqəli yol nəqliyyat hadisəsinin təsirinə məruz qalır.
Qanda alkoqolun səviyyəsi sürücüyə necə təsir edir?
0.2 promil: Vizual funksiyaların azalması, eyni zamanda iki vəzifəni yerinə yetirmək bacarığında azalma.
0.5 promil: Koordinasiya, hərəkət edən obyektləri izləmək, sükan çevirmək, təcili vəziyyətlərə reaksiya vermək qabiliyyətini azaldır.
0.8 promil: Konsentrasiya, qısamüddətli yaddaş itkisi, məlumat emalı qabiliyyətinin və qavrama qabiliyyətinin azalması.
Kofe, soyuq duş və ya təmiz havada bir dövrə qaçmaq, özünüzü yaxşı hiss etməyinizə səbəb olar, ancaq sizi ayıq etməyəcək.
Sərxoş vəziyyətdə avtomobil idarəetməsinin qarşısını almaq üçün mütəmadi reydlər, müxtəlif maarifləndirici kampaniyalar və tədbirlər keçirilir.
Ayıq sürücü xidməti necə yaranıb?
Belə ki, ilk dəfə sistemli halda 1988-ci ildə ABŞ-da “Harward Alcohol Project” silsilə tədbirləri başlamış, siyasətçilər, Hollivud ulduzları təbliğata geniş dəstək verərək dünyada “təyin edilmiş sürücü” (designated driver) ənənəsi yaranmağa başlamışdır. Bir neçə nəfərdən ibarət qrup hər hansı əyləncəyə getməzdən öncə, öz araqlarından birini “təyin edilmiş sürücü” edir. Hətta onun üçün bunun qarşılığında hesabın ödənilməməsi və s. kimi müxtəlif güzəştlər edilir.
Sonralar müxtəlif şəxslər tərəfindən müstəqil olaraq ayıq sürücü xidmətləri göstərilməyə başlandı. “Ayıq sürücü” ona edilmiş ödəniş qarşılığında müştərinin və onları müşayiət edən şəxslərin qeyd etdikləri ünvanlardan müştərilərin öz nəqliyyat vasitələrində götürülməsi və sifarişdə göstərilən ünvana çatdırılması fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
Lakin, pərakəndə xidmət göstərən ayıq sürücülər hər kəs üçün əlçatımlı olmur, əksər hallarda lazım olan ünvandan uzaqda olurlar, bəzən isə müvafiq sürücülük və şəxsi keyfiyyətlərə malik olmadan xidmət göstərirlər.
*5050 ayıq sürücü sifarişi xidməti
Bakı və Abşeron yarımadasında “Ayıq sürücü” xidmətinin təkmilləşdirilməsi, sistemləşdirərək müştərilərə daha operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “*5050 ayıq sürücü sifarişi xidməti təsis edilmişdir. Yaxın zamanlarda bu xidmət regionlarda da fəaliyyətə başlayacaqdır.
Tez-tez belə vəziyyətlər olur ki, avtomobil idarə etmək məsuliyyəti həyatın sevincindən tam zövq almağa mane olur. *5050 ayıq sürücü sifarişi xidməti tədbirlərə avtomobilinizlə getmiş olsanız belə, rahat dincəlməyə imkan verən ayıq sürücü xidmətini sizə daha yaxın edir.
Korporativ ziyafət gecəsinə, yaxınların toyu məclislərinə, dostlarınızla həftəsonu əyləncələrinə öz avtomobilinizlə gəlib, daha sonra xidmətimizdən istifadə etməklə təhlükəsiz və rahat şəkildə evinizə qayıda bilərsiniz.
*5050 AYIQ SÜRÜCÜ sifarişi xidməti Bakı və Abşeron yarımadasında 24 saat fasiləsiz xidmət göstərir.
Qısa zamanda və təhlükəsiz şəkildə ünvanda olmaq istəyən müştərilər üçün “5050” şirkəti təcrübəli, peşəkar və operativ sürücülərlə əməkdaşlıq edərək yüksək səviyyəli xidmət göstərir. *5050 – Yalnız peşəkar, operativ və təcrübəli ayıq sürücülərlə əməkdaşlıq edir.
Ayıq sürücülər müştəriləri təhlükəsiz şəkildə ünvana çatdırmaq məqsədi ilə mütəmadi olaraq “5050” komandası tərəfindən yoxlanılır və daimi nəzarətdə saxlanılır. *5050 xidməti yalnız etibarını doğruldan sürücülərlə əməkdaşlıq edir və müştəri rəylərini nəzərə almaqla daha üstün xidmət vəd edir. Müştərilər üçün təhlükəsiz və sürətli gedişlər təmin edən “5050” şirkəti 5 ildən çox təcrübəyə sahib, professional, enerjili və operativ sürücülərlə əməkdaşlıq edir.
Ayıq sürücünü necə sifariş etmək olar?
*5050 zəng mərkəzinə zəng etməklə və ya telefonunuza “5050 Ayıq Sürücü” tətbiqini yükləməklə 24/7 Bakı, Sumqayıt və Abşeron ərazisində ayıq sürücü sifariş edə bilərsiniz. Sifariş qeydə alındıqdan sonra platforma sürücülərin telefonlarına quraşdırılmış xüsusi sürücü terminalı vasitəsilə olduğunuz ünvana ən yaxın sürücü ilə sizi əlaqələndirir. Sistemli qurulmuş iş sayəsində şəhərdaxili sifarişlərdə sürücü ortalama 7-12 dəqiqə ərzində sifariş ünvanına çatır.
Nəzərə alın ki, ayıq sürücü xidmətinin qiyməti cərimələrdən 10-larla, sərxoş halda baş vermiş qəzaların nəticələrindən yüzlərlə, hətta minlərlə qat daha səmərəlidir.
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!

