“5050” Məhdud Məsuliyyətli Cəmiyyəti (*5050 Ayıq Sürücü sifarişi ) xidmətlərindən istifadə edən şəxslər xidmətlərin göstərilməsinə başlanmadan aşağıdakı şərtlər və qaydalarla tanış olduqlarını və müvafiq sifarişin yerinə yetirilməyə başlandığı andan bu Qaydalar və Şərtlərlə razı olduqlarını bildirmiş olurlar.
- Ayıq Sürücü ona edilmiş ödəniş qarşılığında müştərinin və onları müşayiət edən şəxslərin qeyd etdikləri ünvanlardan müştərilərin öz nəqliyyat vasitələrində götürülməsi və sifarişdə göstərilən ünvana çatdırılması fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Xidmətlərdən istifadə edən şəxslər ona xidmət göstərən Ayıq Sürücünün müştərisi hesab edilirlər və qəbul edirlər ki, “5050” Məhdud Məsuliyyətli Cəmiyyətinin *5050 qısa nömrəli zəng mərkəzi müştərilər ilə nəqliyyat vasitələrini idarə etmək üçün uyğun kateqoriyalı sürücülük vəsiqəsi və müvafiq vərdişləri olan ayıq sürücülər arasında əlaqənin yaradılması üçün müvafiq texniki imkanları olan vasitəçidir.
- “5050” MMC müvafiq olaraq sifarişin verildiyi zamanda ayıq sürücülərin əlçatanlığı həddində xidməti təşkil etməyə çalışır və şifariş zamanı bütün hallarda ayıq sürücünün təyin edilməsinin mümkün olması barədə öhdəlik götürmür. Müştəriyə ayıq sürücü tərəfindən ünvanda olacağı vaxt barədə məlumat verilir. Ayıq sürücünün ünvanda Müştərini 15 dəqiqə ödənişsiz gözləmək öhdəliyi vardır. Bu müddətdən artıq gözləmə üçün, hər əlavə 15 dəqiqə üçün 2 AZN məbləğində əlavə ödəniş məbləği hesablanır.
- Müştəri bəyan edir və zəmanət verir ki, Ayıq Sürücünün xidmətlərindən istifadə etdiyi bütün zamanlarda:
İdarə olunacaq nəqliyyat vasitəsi onun mülkiyyətində və ya qanuni əsaslarla istifadəsindədir;
Nəqliyyat vasitəsi istifadə üçün hər hansı üçüncü şəxslərə idarə edilmək üçün verilməsi zamanı bunu təsdiq edən sənədlər mövcuddur və bu cür sənədləri sürücüyə təqdim etməyə hazırdır;
Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları müvafiq dövlət qeydiyyat məlumatları ilə eynilik təşkil edir və xidmətlərin göstərildiyi müddətdə müvafiq icbari sığorta qaydalarına uyğun olaraq sığortalanmışdır;
Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq istismara yararlı vəziyyətdədir və onda idarə edilməsinə təhlükə yaradacaq çatışmazlıq, nöqsan və texniki qüsurlar mövcud deyildir;
Nəqliyyat vasitəsində istifadəsi və dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, qaçaqmal və bu sinifdən olan hər hansı maddə və ya əşya mövcud deyildir;
Təyinat məntəqəsinə getmək üçün nəqliyyat vasitəsində kifayət qədər yanacaq və ya elektrik enerji ehtiyatı vardır.
- Müştəri aşağıdakılarla razılaşaraq qəbul edir:
“5050” MMC tərəfindən təyin edilərək SMS-lə adı və mobil nömrəsi müştəriyə göndərilən ayıq sürücünün sürücülük vəsiqəsindəki məlumatlarla eyniliyini yoxladıqdan sonra, bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq nəqliyyat vasitəsinin idarə edilməsinə razılıq verəcəkdir, bunun üçün müvafiq idarəetmə vasitələrini ona təqdim edəcəkdir və Sürücünün mümkün olan yol ilə onu ünvanına çatdırmasına razılıq verəcəkdir;
Sərnişinə aid olan bütün qanunvericiliyin tələblərini, o cümlədən, təhlükəsizlik kəmərinin bağlanması tələbini yerinə yetirəcəkdir;
Sifariş “5050” MMC tərəfindən qəbul edildikdən sonra onun ləğv edilməsi və ya ayıq sürücünün ünvanda olacağı zaman müvafiq gözləmə şərtləri istisna olmaqla, sifariş olunan yerdə olmayacağı təqdirdə xidmətin dəyərinin ödənilməsinə görə öhdəlik daşıyacaqdır;
Şifarişi yerinə yetirən ayıq sürücü ilə sifarişin yerinə yetirilməsi üçün zəruri olmayan hər hansı xoşagəlməz ünsiyyət, davranış və ya fiziki kontaktdan uzaq olacaqdır, sürücünü tələsdirməyəcək, təhlükəyə atmayacaq və ya istənilən əməlləri ilə sürücünün öz işini keyfiyyətlə görməsinə mane olmayacaqdır;
Sifarişin yerinə yetilməsi üçün nəqliyyata vasitəsində kifayət qədər yanacaq və ya enerji ehtiyatı olmazsa yanacaq və ya enerjinin doldurulması üçün, digər zəruri texniki qüsurların aradan qaldırlması, eləcə də nəqliyyat vasitəsinin dayanacağa qoyulması, ödənişli girişlər üçün xərclərin ödənilməsini təmin edəcəkdir;
Sifarişin yerinə yetirilməsi zamanı marşrutda dəyişiklik olarsa, eləcə də əlavə ünvanlara getmək zərurəti olarsa, ünvanlar arası gözləmə olarsa və ilkin sifarişdən fərqlənən istənilən hal barədə, eləcə də baş vermiş yol nəqliyyat hadisəsi barədə “5050” MMC-ni dərhal məlumatlandıracaqdır; Qeyd olunan dəyişikliklər zamanı sifarişin məbləği dəyişilə bilər.
Bu qaydaların 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş şərtlərin pozulmasına və ya əməl edilməməsinə görə məsuliyyət daşıyacaqdır.
- Müştəri ilə əlaqələndirilmiş Ayıq Sürücü öz mülahizəsinə əsasən aşağıdakı səbəblərdən və yürüşün təhlükəsiz olacağından əmin olmadığı digər hallarda xidmətlərin göstərilməsindən imtina edə bilər: a) Müştəri huşsuzluq dərəcəsinə qədər özündə olmazsa; b) Müştəri silahlı olarsa, zorakı davranışa yol verərsə, sözlərlə və ya fiziki olaraq təhqir və ya təhdidlər edərsə; c) Nəqliyyat vasitəsi idarə edilmək üçün texniki cəhətdən saz deyilsə d) Təhlükəsiz yürüşün həyata keçirilməsinı maneə olacaq hər hansı başqa səbəb olarsa.
- Müştəri məlumatlandırılır və qəbul edir ki, “5050 MMC”-nin fəaliyyəti müvafiq texniki imkanları vasitəsilə müştərilər ilə ayıq sürücüləri yalnız əlaqələndirməkdən ibarətdir. Ayıq sürücü xidmətlərinin göstərilməsi üçün “5050” MMC-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, müvafiq davranış, ünsiyyət və təhlükəsizlik qaydaları barədə ayıq sürücülərin mütəmadi qaydada təlimatlandırılmasına baxmayaraq, müştəri sürücünün ciddi nöqsanı halında *5050 qısa nömrəsinə sürücünün əvəzlənməsi barədə müraciət edə bilər. Xidmətin göstərilməsi zamanı ayıq sürücülər müstəqil olaraq çıxış edirlər və özlərinin yol verdikləri bütün nöqsanlara, pozuntulara və kənarlaşmalara görə müstəqil olaraq məsuliyyət daşıyırlar.
- Müştəri “5050” MMC tərəfindən təqdim edilmiş platformadan istifadə edərək belə xidmət göstərən sürücülərlə ödəniş qarşılığında könüllü şəkildə müqavilə münasibətlərinə daxil olmuş hesab edilir. “5050” MMC tərəfindən çatdırılmış hər hansı məlumat, əlaqələndirmə işi, qiymət təklifi və digər fəaliyyət “5050” MMC-ni “ayıq sürücü” xidmətlərinin göstərilməsində tərəf etmir və bu hallarda “5050” MMC müvafiq sürücünun adından ümumi platforma şəklində belə məlumatları təchiz etmiş hesab edilir. Ayıq sürücü xidmətlərinin göstərilməsi zamanı hər hansı zərər, itki, qəza, sağlamlığa zərərvurma və ya digər hüquqi nəticələrə görə “5050” MMC məsuliyyət daşımır. Belə xidmətlərin göstərilməsi zamanı baş vermiş hadisələr üzrə, müvafiq orqanların təsdiq etməsi şərtilə sürücü fəaliyyəti göstərən şəxslər məsuliyyət daşıyırlar.
- “5050” MMC ayıq sürücü platformasının təşkilində yol verdiyi qüsura görə yalnız müvafiq hal üzrə sürücü tərəfindən ödənilmiş xidmət haqqı həddində məsuliyyət daşıyır.
*5050 Ayıq Sürücü sifarişi xidmətinin təkmilləşdirilməsi üçün dəstək komandamız daim sizi dinləməyə, irad və təkliflərinizi dəyərləndirməyə hazırdır.