Ayıq sürücü kimdir və necə işləyir?
Ayıq sürücü — spirtli içki qəbul etmiş avtomobil sahibinin öz maşınını təhlükəsiz şəkildə evə çatdıran peşəkar sürücüdür. Sürücümüz olduğunuz ünvana gəlir, siz öz avtomobilinizdə sərnişin kimi əyləşirsiniz və o, sizi istədiyiniz ünvana çatdırır. Səhər maşınınız öz həyətinizdə olur.
Taksidən fərqi nədir?
Taksi sizi aparır, maşınınız isə qaldığı yerdə qalır — səhər ona qayıtmalısınız. Ayıq sürücü isə sizinlə birlikdə SİZİN avtomobilinizi də evə çatdırır. Yəni həm özünüz, həm də maşınınız təhlükəsiz evdə olursunuz. Biz taksi xidməti deyilik.
Necə sifariş edə bilərəm?
Üç yol var: *5050 qısa nömrəsinə zəng edin (və ya +994 50 330 50 50), WhatsApp vasitəsilə yerinizi göndərin, yaxud “5050 Ayıq Sürücü” mobil tətbiqi ilə sifariş verin. Xidmət 7/24 fəaliyyət göstərir.
Hansı ərazilərdə işləyirsiniz?
Bakı şəhəri və Abşeron yarımadası üzrə 7/24 xidmət göstəririk. Rayonlara gedişlər üçün *5050-yə zəng edərək dəqiqləşdirə bilərsiniz.
Sürücü nə qədər tez gəlir?
Şəhərdaxili sifarişlərdə sürücümüz orta hesabla 7-12 dəqiqəyə ünvana çatır.
Gözləmə haqqı varmı?
İlk 15 dəqiqə gözləmə pulsuzdur, sonrakı hər 15 dəqiqə üçün 2 AZN hesablanır. Ətraflı şərtlər qayda və şərtlər səhifəsindədir.
Sürücülər yoxlanılırmı?
Bəli. Yalnız 5 ildən çox sürücülük təcrübəsi olan, 28-45 yaş aralığında sürücülərlə işləyirik və onların fəaliyyəti şirkət tərəfindən mütəmadi nəzarətdə saxlanılır.
Qiymət nə qədərdir?
Qiymət götürülmə və çatdırılma ünvanları arasındakı məsafəyə görə hesablanır. Dəqiq qiyməti sifarişdən əvvəl *5050-yə zəngdə və ya mobil tətbiqdə görə bilərsiniz.
Ödənişi necə edə bilərəm?
Ödənişi nağd və ya mobil tətbiq vasitəsilə bank kartı ilə edə bilərsiniz.

